«Mavi axın» qaz kəməri 2 aydır ki – BOŞ DAYANIB

13-07-2020, 10:32           
«Mavi axın» qaz kəməri 2 aydır ki – BOŞ DAYANIB
Qara dənizin dibir ilə Rusiyadan Türkiyəyə çəkilmiş «Mavi axın» kəməri mayın ortalarından indiyədək fəaliyyətsizdir. FED.az xəbər verir ki, kəmərin 2 aydır boş dayanması barədə «Reuters» məlumait yayıb.

Bildirilirki, kəmər mayın ortalarında texniki xidmət məqsədilə işini dayandırıb və mayın sonunda yenidən fəaliyyətə başlayacaqmış. Amma o vaxtdan işini bərpa etməyib.

Bunun səbəbi odur ki, Türkiyə Rusiyadan gələn digər qaz kəməri ilə - «Türk axını» ilə kifayət qədər qaz alır və ikinci borunu istifadə etməyin mənası yoxdur.

Qeyd edək ki, son aylar Rusiyadan Türkiyəyə qaz nəqlində ciddi problemlər baş verir. Martın nəticələrinə görə, Rusiya qazının Türkiyəyə ixracı ötən illə müqayisədə 7 dəfə azalaraq 1,418 milyard kubmetrdən 210 milyon kubmetrə düşüb.

Türkiyə xaricdən daha ucuz qiymətə sıxılmış qaz aldığına görə, Rusiya qazı ölkəyə lazım olmayıb.

Xatırladaq ki, «Mavi axın» — Rusiya ilə Türkiyə arasında Qara dənizin dibi ilə çəkilmiş kəmərdir. Bu boru ilə qazın kommersiya nəqlinə 2003-cü ildən başlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.