"Real Madrid" komandasının vingeri Franko Mastantuono UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində "Marsel"lə qarşılaşmanın ilk dəqiqələrindən meydana çıxmaqla "Kral klubu"nun tarixinə düşüb.
Championat.com saytı xəbər verir ki, argentinalı Madrid təmsilçisinin tarixində Çempionlar Liqası oyununda start heyətində yer alan ən gənc (18 il 33 gün) futbolçu olub.
Əvvəlki rekord Endrikə məxsus olub. O, 2024-cü ilin noyabrında 18 il 73 günlüyündə meydana çıxmışdı.