Con Kerrinin əks-təbliğatlarına qarşı nə edilməlidir? ŞƏRH

28-04-2015, 18:58           
Bakı artıq Birinci Avropa Oyunlarını keçirməyə hazır olduğunu rəsmi şəkildə bildirdi. Lakin beynəlxalq aləmdə hələ də bu oyunlara qarşı əks-təbliğat işləri aparılmaqdadır. Əks-təbliğatlarda xüsusi canfəşanlığı isə ABŞ-ın Dövlət katibi Con Kerri göstərir. Erməni lobbisi və xaricdə xüsusi fəallıq göstərən anti-Azərbaycan qüvvələri 2012-ci ildə “Eurovision” da olduğu kimi bu dəfə də Azərbaycana qarşı xüsusi planlar hazırlayıblar. Bütün bunlarla bərabər Azərbaycan dövləti və güc sturukturları tərəfindən ölkəmizin siyasi və ictimai təhlükəsizliyi yüksək səviyyədə qorunmaqdadır.

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Fəzail Ağamalı söyləyib ki, bəhs olunan qüvvələrin anti-Azərbaycan siyasəti müstəqilliyimizin ilk illərindən etibarən görünməkdədir:

“Con Kerri erməni diasporunun pulu ilə yaşayan, ayaqda dayanan bir insandır: "Bütün mənalarda Con Kerri hər zaman antiazərbaycan mövqeyi sərgiləyib və bu gün də Azərbaycana qarşı aparılan kampaniyaların hamısı həm də Con Kerrinin birbaşa fəaliyyətinin nəticəsidir.”

Con Kerrinin əks-təbliğatlarına qarşı nə edilməlidir? ŞƏRH
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant İlham İsmayıl isə təhlükəsizlik orqanlarının hazırkı dövrdə görməli olduğu işlər barəsində Hafta.az-a açıqlamasında danışıb:

“İstənilən ölkədə bu kimi tədbirlərə təhlükəsizlik nöqteyi-nəzərindən ciddi yanaşılır. Bir vaxtı ilə buna “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi zamanı da şahid olmuşduq. Bildiyim qədərindən Avstriyadan mütəxəsislər çağrılaraq bu işə baxan dövlət qurumları ilə treninqlər aparılmışdı. İndi də yəqin ki, bu istiqamətdə işlər görülür və beynəlxalq təcrübəyə əsaslanıb müəyyən addımlar atılacaq”.

Sabiq polis rəisi, polkovnik-leytenant Mahmud Hacıyev də Hafta.az-a açıqlamasında məsələ ilə bağlı fikir bildirib:

“Gördüyünüz kimi artıq xaricdən Azərbaycana qarşı olan qurumların siyasətləri daha da kəskinləşib. Bu kimi hallar hər zaman müşahidə olunmaqda idi. Sadəcə olaraq müəyyən məqamlar vardır ki, o zaman bu kimi təşkilatların, onları himayə edən şəxslərin fəaliyyəti şiddətlənir. Belə olduğu təqdirdə dövlətimizin rifahı naminə bütün güclər bir araya gətirilməlidir. Eləcə də polis işçiləri. Bu tədbirlər sırasında polis əməkdaşlarının geyim formalarından tutmuş, davranış qaydalarına kimi bir daha təlimlər keçirilməli, nəzarət olunmalıdır. Polisin vəzifəsi əsayişi qorumaqdır. Bunun öhdəsindən var gücləri ilə gəlməyə çalışmalıdırlar”.

Ekspertlər hesab edirlər ki, bu oyunlar ərəfəsində də Azərbaycana qarşı müxtəlif siyasi kompaniyalar aparılacaq. Daxildən qərbpərəst qüvvələrin əli ilə müxtəlif aksiyalar təşkil olunub, daxili sabitliyin pozulması üçün addımlar atılacaq. Ekspertərin fikrində bunların qarşısını almaq üçün, dövlətin mənafeyinə xərər gətirməmək üçün cəmiyyət bu kimi Azərbaycan əleyhinə olam kampaniyalara qoşulmamalı, onların məkirli siyasətlərində alət olmamalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.