Vaxt olmayanda 1-2 saat yatmaq yoxsa heç yatmamaq daha yaxşıdır?
26-04-2024, 16:58
Yuxusuzluq hər kəs üçün fərqli problemlər gətirsə də, ümumiyyətlə yorğunluğa, motivasiyanın olmamasına və əsəbiliyə səbəb olur.
Bəs 1-2 saat yuxu bunların qarşısını ala bilərmi?
Beləliklə, çox az vaxtımız olsa da, bir az yatmaq bizim xeyrimizədirmi? Əgər bu cür çaşqınlıq içindəsinizsə, hər iki variant ilk baxışda məntiqli görünməyəcək.
Ancaq bir az yatmaq həmişə yatmaqdan yaxşıdır. Çünki, yuxu bədənin toxumaları bərpa etdiyi, hormonları yenilədiyi və qısa müddətli xatirələri uzunmüddətli yaddaşlara köçürdüyü bir prosesdir.
Bir gecə yuxusunu qaçırsanız, zehni funksiyanız azalacaq və ertəsi gün əhvalınız kifayət qədər pis olacaq. Mütəxəssislərin fikrincə, yalnız bir gecə yatmamaq qanda 0,05% spirt səviyyəsinə bərabər olan yuxululuğa səbəb ola bilər.
Yüngül yuxu, ara yuxu, dərin yuxu və REM (sürətli göz hərəkətləri) kimi bu dövrlərin hər biri sağlamlığımız üçün vacibdir. Bununla belə, bu dövrlərdən heç birini keçməməkdənsə, bir dövrü tamamlayıb digərinin bir hissəsini tutmaq daha məqsədəuyğundur.
Çünki yuxusuzluq qısamüddətli yaddaş problemlərinə, mühakimə qabiliyyətinin pozulmasına, əsəbiliyə, stress hormonlarının artmasına və konsentrasiyanın azalmasına səbəb olur. Əgər heç yatmırıqsa, bu problemlərlə qarşılaşma riskimiz daha yüksəkdir.
Xülasə, çox az yatmaq və ya heç yatmamaq arasında seçim etməlisinizsə, az yatmağı seçmək daha məntiqlidir.
Çünki 90-110 dəqiqə yatmaq orqanizmin tam yuxu dövrünü tamamlaması üçün lazım olan vaxtdır. Xüsusilə bu müddət 120 dəqiqəyə qədər davam edərsə, çox daha sağlam olar.