Tarixə iz qoymuş Müsəlman dahilər

28-09-2017, 16:16           

Bu gün insanlar arasında tarixdə daha çox iz qoyan alimlərin kimlər olduğu haqda sorğu keçirsək, heç şünbhəsiz onların cavabı Enşteyn, Darvin, Qaliley, Nyuton və. s olar. Heç şübhəsiz ki, verilən cavablar həqiqəti əks etdirir. Bu alimlərin elmə bəxş etdikləri fikirlər və ixtiralar bəşəriyyətin tərəqqisində mühüm rol oynamışdır.
Ancaq həqiqətənmi saydıqlarımız bəşəriyyətin tərəqqisinə töhfələr vermiş ilk pionerlər hesab edilir? Görəsən bu şəxsiyyətlərə elm və mərifət yolunda öndərlik edib, onların kəşf və ixtiralar zamanı işlərini asanlaşdıran başqa alimlər, dahilər olmayıbmı?

Bütün dünya orta əsrlərdə yaşayıb, yaradan dahilərin və alimlərin elm yolunda nələr etdiklərini çox yaxşı bilir. Qərbdə Əndəlüsdən, şərqdə Çin və Rusiya sərhədlərinə qədər geniş coğrafi ərazilərdə bir çox dahi şəxsiyyətlərin yaşadığı bir çoxlarına məlumdur.
Heç şübhəsiz tarixdə hakim olmuş İslam dövlətlərində yaşayıb-yaradan və bəşəriyyətin inkişafına töhfələr verən alimlərin heç də hamısı milliyyətcə ərəb olmamışdır. Onların çoxu, bəlkə də ən məşhurları milliyyətcə fars, türk və hindli olmuşlardır. Təbii ki, bu şəxsiyyətlər arasında elm və texnalogiyanın inkişafına təkan verən milliyyətcə ərəb olan alimlər də yaşamışlardır.

Bu məqalədə ən məşhur müsəlman-ərəb alimlərinin bəzisi ilə tanış olacaq, onların bəşəriyyətin mədəni və elmi tərəqqisində qoyduğu izlərlə tanış olacaqsınız.



İbn Bətutə

Tarixçi –səyyah İbn Bətutə 1304-cü ildə Fas məmləkətinin Tanca şəhərində anadan olub. Uşaq yaşlarında səfər etməyi xoşlayan gənc Bətutə gördüklərini qələmə almaqdan xoşlanan biri idi. İlk səyahətini 21 yaşında ikən Əl-Cəzair, Tunis, Misir, Sudan, Fələstin, Suriya və Məkkəyə etmişdir. O, bütün əsirlərin ən güclü coğrafiyaşünaslarından biri hesab olunur. Belə ki, onun təkbaşına 75000 km məsafə qət etdiyi söylənilir. O, özünün qələmə aldığı ən məşhur kitab hesab edilən “Töhvə əl-ənzar fi ğəraib əl-əmsar və əcaib əl-əsfar” adlı əsərindən səfər etdiyi bütün ölkələrdə gördüyü qeyri-adilikləri və müşahidələrini əks etdirmişdir. Sözügedən kitab, bir neçə dilə, o cümlədən ingilis, fransız, ispan və alman dillərinə təcümə edilmişdir.

Məşhur səyyah 1377-ci ildə 73 yaşında Mərakeş şəhərində dünyasını dəyişmişdir.


İbn Heysəm

Riyaziyyat, fizika, oftolmalogiya və astronomiya kimi sahələrdə şöhrət qazanmış dühalardan biridir. 965-ci ildə İraqın Bəsrə şəhərində anadan olmuşdur.

İbn Heysəm bir çox kəşfləri və ixtiraları ilə ad qazanmışdır. Alimin ortaya qoyduğu ixtiralardan biri də işıq şüaları ilə bağlı idi. Belə ki, o, bəzi filosofların sübutunun əksinə olaraq, işıq şüalarının cismlərdən gözə təmas etdiyini ortaya qoymuşdur.

Məhz bu isbat kameraların ixtirasında əsas prinsiplərdən biri hesab edilmişdir.

İlk dəfə gözü analizdən keçirən İbn Heysəm, gözün bütün hissəciklərinin fuhksiyasını izah etmişdir. O, psixoloji amillərin və təsirlərin də görmə ilə əlqasini ortaya qoyan ilk alimdir.

Alimin qələmə aldığı ən qədim əlyazmalardan biri müsiqinin canlılara təsiri ilə bağlıdır. O, əsərində apardığı təcrübələr əsasında musiqinin canlıların davranışlarına təsir keyfiyyəti ilə bağlı xeyli misallar göstərmişdir. Alimin mühüm mövzulardan söhbət açan 200-dən çox kitabı vardır. Əsərlənin bir çox dünya dillərinə tərcümə edilmişdir.

İbn Heysəm 1040-cı ildə 75 yaşında Qahirə şəhərində vəfat etmişdir.

İbn Nəfis

Tanınmış təbiblərdən biri hesab edilir. 1213-cü ildə Suriyanın Dəməşq şəhrində anadan olmuşdur. Tibb sahəsindən ən böyük kəşfi kiçik qan dövranı ilə bağlıdır.

“Şərh təşrih əl-qanun” adlı əsərində anatomiya ilə bağlı bir çox kəşflərə yer vermişdir. Kitabında təfsilatlı olaraq xəstəliklər və bədən üzvlərinin vəzifələrindən söhbət açmışdır. Bu kitab müasir dövr tibb dünyasının irəliləməsində çox mühüm əhəmiyyətə malikdir.

Habelə onun “Şamil fis sinaə ət-tibbiyyə” adlı əsəri dünya tarixində bir müəllif tərəfindən yazılmış nəhəg bir ensklopediya hesab edilir. Əsər tibb elminin incəliklərindən bəhs edir. İbn Nəfis 1288-ci ildə 75 yaşında Qahirədə vəfat etmişdir.

Yaqub bin İshaq əl-Kindi

Tibb, riyaziyyat, astranomiya, kimya, fizika, musiqi sahəsində dünyada ad qoymuş filofoslardan biridir. 805-ci ildə Kufə şəhərində doğulmuşdur. Qədim yunan fəlsəfəsinin ərəb dilinə tərcümə edilməsində əvəzolunmaz xidmətləri vardır. Habelə bir çox fəlsəfi terminlərin ərəb dilinə daxil edilməsində də rolu böyükdür. Orta Şərq və Avorpada hind rəqəm sisteminin yayılmasında böyük xidməti olmuş, şifrələmə, şifrələrin açılması ilə bağlı elm sahəsinin əsasını qoymuşdur. Ərəb dünyasında musiqi ilə bağlı qaydalar qoyan və ud alətinə beşinci simi əlavə edən biri kimi tarixə düşmüşdür. Musiqi sözünü ərəb dilinə daxil edən ilk şəxs hesab edilir.
Kindi 873-cü ildə 68 yaşında Bağdadda vəfat etmişdir.


Məhəmməd əl-Fəzari

Tanınmış riyaziyyatçı və astranomiyaçı alim əl-Fəzari İraqın Küfə şəhərində anadan olmuşdur. Hind dilindən astranomiya və riyaziyyatla bağlı bir çox əsərləri ərəb dilinə tərcümə etmiş,astranomiya elminin aşiqlərindən biri hesab edilirdi. Onun ulduzlara həsr etdiyi qəsidəsinin belə oldğu deyilir. İslam dünyasında ilk qlobusu düzəldən şəxdir. Hind elmi ilə bağlı bütün məlumatları bir yerə cəm etmiş və onlara çox qiymətli məlumatlar da əlavə etmişdir.Alim 796-cı ildə dünyasını dəyişmişdir.

Hüneyn bin İshaq

Məşhur ərəb alimi, tərcüməçi və təbib. 810-cu ildə İraqın Heyra şəhərində dünyaya göz açıb. Dövrünün ən tanınmış mütərcimlərindən hesab edilir. Galen, Hippokrat, Aristotelin və qədim yunan fəlsəfəsi ilə bağlı bir çox əsərləri ərəb dilinə tərcümə etmişdir. Habelə bir çox tərcümələrdəki xətaların korrektə edilməsini də üzərinə götürmüşdür. Onun “Əl-Əşr məqalət fi əl-eyn” adlı əsəri oftalmologiya sahəsində yazılmış ən qədim əsərlərdən biri hesab edilir. O, 873-cü ildə Samərra şəhərində vəfat etmişdir.

Ibn Bənna əl-Mərakşi

Riyzaziyyat, astranomiya və tibb sahəsində alim hesab edilən İbn Bənna, 1256-cı ildə Mərakeşdə dünyaya göz açıb. Riyaziyyatda hesablanması çətin riyazi misallara açıqlamalar gətirmiş, kəsr ədələr çoxluğu ilə bağlı tədqiqatlar aparmışdır. Kvadrat və kub tənliklərinin toplanması qaydaları ilə bağlı fikirlər irəli sürmüşdür.

“Təlxis əmal əl-hesab” onun ən tanınmış əsərlərindən biridir. Bu günə qədər riyaziyyat sahəsində qələmə alınan ən qiymətli kitabdır. İbn Bənna 1321-ci ildə Mərakeşdə dünyasını dəyişib.



Əbu İshaq əl-Bətruci

Mərakeşdə dünyaya göz açan astranom və filosof. O, planetlərin hərəkəti nəzəriyyəsini daha da təkmilləşdirmiş, “Səyyarə” ulduzunun hərəkətini ilk dəfə bildirən alim olmuşdur. “Əl-Hey`ət” adlı əsərində astranomiya ilə bağlı bir çox samballı fikirlər irəli sürmüşdür. “Əl-Həyat” adlı kitabı da ən mühüm əsərlərdən hesab edilir. Alim 1204-cü ildə vəfat etmişdir.


İbn Masiveyh

Dünya şöhrətli təbib-alim İbn Masiveyh 777-ci ildə İraqda dünyaya göz açıb. Bir çox elmlərin inkişafında xidmət sahibidir. Qədim tibb kitablarının ərəb dilinə tərcümə edilməsində də əvəzsiz əməyi vardır. İslam dünyasında ilk tibb fakultəsinin təsis edilməsi xidməti ona aiddir. Bəzi göz xəstəliklərinin təyin edilməsində ilk iş ona aiddir. Cüzam xəstəliyi ilə bağlı ilk əsərin sahibi olmaqla yanaşı, psixoloji tibbə dair ilk qələmə alınan əsərin də müəllifi hesab edilir.
İbn Masiveyh 857-ci ildə Samərra şəhərində vəfat edib.


Əbu Kamil Şüca

Riyaziyyatçı alim hesab edilən Şüca 850-ci ildə Misirin Qahirə şəhərində anadan olub.
Alqaritm məslələrinin həlli ilə bağlı qaydalar qoyumuş, onların həll yollarını təkmilləşdirmişdir. İlk dəfə cəbri tənliklərin açıq şəkildə izahını vermişdir. Ən çətin məsələləri özünəxas üslüblar həll etmişdir. Yüksək dərəcəli tənliklərin öyrənilməsində mühüm işlər görmüşdür.
Alim 930-cu ildə vəfat etmişdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.