FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Bu gün, 17:36
Həmişə qalmaqallı fikirləri ilə tanınan jurnalist Ülviyyə Alovlu “Sədərək”dəki yanğında Fövqəladı Hallar Nazirliyini günahlandırıb.
Tribunainfo.az xəbər verir ki, jurnalist bununla bağlı Feysbuk hesabında paylaşım edib. O bildirib ki, əgər “Sədərək” 8 ildə 10 dəfə yanırsa, bunun birbaşa günahkarı elə FHNdir:
“Çünk yanğınla bağlı təhlükəsizlik tədbirləri düzgün təşkil olunsaydı, belə tez-tez yanğın olmazdı. Rüşvətini alıb yola verən işçilər olduqca, bütün ölkə üzrə yanğın təhlükəsi labüddür”.