Ermənilər Sevda Əlizadənin İrəvandakı konsertinə "yox" dedilər- FOTOLAR

Bu gün, 17:56           
 Ermənilər Sevda Əlizadənin İrəvandakı konsertinə "yox" dedilər- FOTOLAR
İran əsilli hollandiyalı məşhur müğənni, Sevdaliza kimi tanınan Sevda Əlizadənin Ermənistandakı konserti ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə "Coca-Cola Fest"-in təşkilatçıları məlumat yayıb.

“Bildiririk ki, Sevdaliza İrəvanda çıxış etməyəcək. İstəsəniz, alınan biletləri geri qaytara bilərsiniz”, - məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Sevdalizanın İrəvanda konsert verəcəyi ilə bağlı xəbərlər təniqdlə qarşılanıb. İddia olunub ki, o, yaradıcılığında antixristian motivlərə yer verir. Etiraza məşhur bloqerlər də qoşulub. Təşkilatçılar buna görə konserti ləğv etmək məcburiyyətində qalıblar.

Sevdaliza kimi tanınan İran əsilli hollandiyalı müğənni, bəstəkar və prodüser Sevda Əlizadə 1987-ci il sentyabrın 1-də Tehranda anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. Müğənni fars, holland, ingilis, fransız və portuqal dillərində sərbəst danışır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru