Yuri Qaqarin və Kraliça Elizaveta
Bu gün, 16:14

Yuri Qaqarin. kosmosa gedib getməməyi hələ də müzakirə olunmasına baxmayaraq dünyada dünən də, bu gün də, sabah da bütün dünyada tanınan şəxs olaraq yaddaşlada qalacaq.
Onun nüfuzu o qədər böyük idi ki, bütün dünyada liderlər ilə yanaşı sadə insanlar onu canlı görməyi çox istəyirdi..
Məhz Britaniya taxt-tacının sahibi olan II Yelzevatda da onu Bukinqem sarayına dəvət edir, onunla söhbət edir. İngilis adət ənənəsinə görə çay vaxtı Qaqarini dəvət edirlər kraliça ilə süfrəyə. Britaniya çay ənənəsinə uyğun olaraq stolda yerli nemətlər bolluq içində idi..
Çayın içinə limon salan Qaqarin, onu içəndən sonra qaşıq götürür və limonu çıxardıb yeyir. Britaniya tərəfi və Sovet diplomatik nümayəndəliyi təəccüb içərisində qalır..Protokolda dəfələrlə Qaqarinə Britaniya ənənəsini təkrar etmələrinə baxmayaraq bu cürə etməsinin heç bir izahı yox idi..Qaqarin isə ətrafda ona baxanlara diqqət etmirdi. O, uşaqlıqda belə görmüş idi və adi bir hal kimi qəbul edirdi olanları.
Kraliça ortada yaranan gərginliyi qaldırmaq üçün Qaqarin kimi edir, limonu qaşıqla götürüb yeyir və gülümsəyir. Onun ətrafında olan sarayın nüfuzlu şəxsləri də eynən edirlər və ortam bir anda gərginlikdən xilas olur.
Bu fakt onu göstərir ki, əgər sənin şəxsiyyətin, xarizman və auran o qədər güclü olmalıdır ki, istəyir kral olsun, kraliça olsun, lap istər prezident olsun, hər kəs sənə uyğunlaşacaq, sən onlara yox .
Zaur Aliyev
TEREF