Kərə yağı istehsalında azalma Bu gün, 17:14 Cari ilin yanvar-iyul aylarında ölkədə 15 min 567,6 ton kərə yağı istehsal olunub. 2024-cü ilin yanvar-iyul aylarında isə sözügedən məhsulun istehsalı 16 min 625,5 ton təşkil edib. Statistik məlumatlara əsasən demək olar ki, il ərzində kərə yağı istehsalında 1 min 057,9 ton və ya 6,36% azalma olub.Qeyd edək ki, 2025-ci il avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 197,7 ton təşkil edib. Facebook-da paylaş