"Ukraynanın NATO üzvlüyünə bərabər təhlükəsizlik təminatlarına ehtiyacı var" - Almaniyanın XİN rəhbəri

Bu gün, 15:24           
"Ukraynanın NATO üzvlüyünə bərabər təhlükəsizlik təminatlarına ehtiyacı var" - Almaniyanın XİN rəhbəri
Ukraynanın təhlükəsizliyinin təminatçıları dairəsi genişləndirilməli və bu təminatlar NATO-ya üzvlüyə bərabər olmalıdır.

Bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bəyan edib.

Berlində Almaniya hökumətinin təşkil etdiyi açıq qapı günündə çıxış edən nazir bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanəti verəcək dövlətlərin siyahısı, ilk növbədə, ABŞ da daxil olmaqla, Avropadan kənara da genişləndirilməlidir.

Onun sözlərinə görə, Yaponiya da daxil olmaqla 30-a yaxın ölkə Kiyevi dəstəkləməyə hazır olduğunu bəyan edib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri iddia edib ki, Ukraynanın təxminən NATO üzvlüyünə bərabər təhlükəsizlik təminatlarına ehtiyacı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru