Süni intellekt iş yerlərini yox, işə qəbul prosesini dəyişir
Bu gün, 17:34

Süni intellektin iş bazarına təsiri nəticəsində qlobal müzakirələr getdikcə güclənir. Onun iş yerlərini dəyişdirməyi ilə bağlı narahatlıqlar olsa da, bir çox ekspertlər bu sahədə fərqli mövqe ortaya qoyurlar. Onlardan biri də “Remote” şirkətinin həmtəsisçisi və baş direktoru Job van der Voortdur. O bildirir ki, süni intellekt iş yerlərinin itirilməsinə səbəb olmur, kimin işə götürülməsini dəyişdirərək əmək bazarını yenidən formalaşdırır.
Onlardan biri də, “Remote” şirkətinin həmtəsisçisi və baş direktoru Job van der Voortdur. O süni intellektin (SI) əmək bazarına təsiri barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, SI iş yerlərini ləğv etmir, əksinə, kimlərin işə götürülməsini dəyişməklə əmək bazarına təsir göstərir. Şirkətlərin ənənəvi diplomlara deyil, real bacarıqlara və töhfəyə üstünlük verməsinin vacibliyini vurğulayan Voort işə qəbul sistemlərinin hələ də bu reallığa uyğunlaşmadığını qeyd edib.
Bacarıq diplomdan önəmlidir
Voort karyerasına neyroelm sahəsində başlayıb, biznes və mühəndislik üzrə rəsmi təhsili olmayıb. Lakin “GitLab”da məhsul rəhbəri təyin olunması onun üçün dönüş nöqtəsi olub. Təcrübəsi göstərib ki, real töhfə qabiliyyəti CV və diplomdan daha vacibdir.
O, əlavə edib ki, SI sayəsində bu gün ali təhsili olmayan şəxslər belə, qısa müddətdə məlumat təhlili, proqramlaşdırma və texniki sənədlərin hazırlanması kimi vəzifələri yerinə yetirə bilirlər. Bu, həm coğrafi, həm də sosial baryerləri qismən aradan qaldırır.
Voortun fikrincə, işə qəbulda ədalətlilik sadəcə əxlaqi məsələ deyil, əməli nəticələr üçün də vacibdir. Əgər SI əsaslı sistemlər nəzarətsiz tətbiq olunarsa, mövcud qərəzləri daha da gücləndirə bilər. Bu isə qeyri-ənənəvi təhsil yolu keçmiş şəxslərin və ya ingilis dili ana dili olmayanların iş bazarından kənarda qalmasına səbəb ola bilər.
Yeni yanaşmaya ehtiyac var
Harvard Biznes Məktəbi və Burning Glass İnstitutunun 2024-cü il hesabatına əsasən, ötən il işə götürülən hər 700 nəfərdən yalnız biri bacarıq əsasında seçilib.
Voortun tövsiyələri isə belədir:
Namizədləri yalnız CV-yə görə deyil, real layihələr və praktik tapşırıqlar əsasında qiymətləndirmək.
İşçilər üçün süni intellekt təlimini standart hala gətirmək.
Sistemləri qərəzlərə qarşı davamlı olaraq yoxlamaq və analiz etmək.