Britaniyada 13 il əvvəl bağında ağac kəsilən qadın böyük məbləğdə cərimələndi

Bu gün, 16:18           
Britaniyada 13 il əvvəl bağında ağac kəsilən qadın böyük məbləğdə cərimələndi
Britaniyanın Nyuport şəhərində 13 il əvvəl bağında 100 illik cökə ağacı kəsilən ev sahibi 116 min funt-sterlinq (təqribən 265 min manat) məbləğində cərimələnib.

Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Ev sahibi Kler Rends ağacın potensial yanğın təhlükəsi yarada biləcəyindən narahat olaraq ondan qurtulmaq qərarına gəlib. Ağacın kəsilməsi ilə bağlı müraciəti bələdiyyə tərəfindən rədd edilsə də, qadın buna məhəl qoymayıb.

Cökə ağacına yaşına və dəyərinə görə müvəqqəti mühafizə sərəncamı tətbiq edilmişdi. Bu sənəd xüsusi mülkiyyətdə olsa belə, ağacların kəsilməsini, üstlərinin budanmasını, kökündən çıxarılmasını, qəsdən zədələnməsini və məhv edilməsini qadağan edir.

Məhkəmə nəticəsində Rends 100 min funt sterlinq məbləğində məhkəmə xərclərini və 16 min funt sterlinq cəriməni ödəməli olacaq. Cəriməni ödəmək üçün ona 12 ay vaxt verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru