AZAL "BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLİFƏ"
Bu gün, 16:24

İnhisarçı AZAL üçünsə "kor xəlifə" cibinə girdiyi istehlakçıdır. Gözü kor olandan oğurlamaq halaldır
Rauf Mirqədirov
Bu günlərdə dostum Füzuli Abdullayevin oğlunun toyunda iştirak etmək üçün Sürix-Berlin təyyərə reysinə bilet aldım. Bilet mənə çox ucuz başa gəldi. Sentyabrın 11-də Berlinə gedib 13-də qayıtmaq üçün cəmi 100 frank veridm. Yəni, 110 yevroya yaxın. Əgər Berlində bir gün də artıq qalsaydım, gedib-gəlmək xərcim daha az, daha dəqiq desəm, 80 frank olacaqdı. Allah dostumun oğlu Həbibi xoşbəxt etsin! Bütün balalarımızla birlikdə. Amma...
Yadıma düşdü ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Hətta Tiflisə də təyyarə ilə uçmaq lazım gəlir. Tiflis boş-boşuna yadıma düşmədi. Yaxın xaricdə daha çox azərbaycanlının yaşadığı ölkə Gürcüstandır. Bir çoxları qohum-tanışın xeyir-şərində iştirak üçün Gürcüstana qısamüddətli səfərlər etməli olur. Düşündüm ki, Bakıda yaşasaydım eyni tarixlərdə Tiflisə gedib-gəlmək görəsən mənə neçəyə başa gələrdi.
AZAL-ın rəsmi saytına girdim. Bakı-Tiflis reysinə, yəni bir tərəfə 11sentyabr tarixi üçün ən ucuz biletin qiyməti 103 yevro idi. Yəni mənim Sürixdən Berlinə gediş-gəliş xərcim qədər. Dedim buna da şükür!!! Amma sonra məlum oldu ki, çox tez sevinmişəm. Çünkü 13 sentyabr tarixinə qayıbış üçün yalnız "biznes-klass" dərəcəli biletlər qalmışdı. Onların qiyməti 500 yevrodan baha idi. Təsəvvür edirsiniz, Bakıdan Tiflisə dedib-gəlmək üçün 600 yevrodan çox ödəməli idim. Yenə də düşündüm ki, eybi yoxdur. Bəlkə sentyabrın 14-ə ucuz, yəni "ekonom-klass" dərəcəli biletlər tapa bildim. Amma yenə də bəxtim gətirmədi. AZAL yenə də mənə dedi ki, əgər istədiyin tarixdə Bakıya qayıtmaq istəyirsənsə, 500 yevrodan artıq ödəməlisən. Bundan sonra çox da düşqnmədən sentyabrın 20-si üçün biletıərin qiymətlərinə baxdım. Məlum oldu ki, sentyabrın 20-si üçün "ekonom-klass" dərəcəli biletlər var. 156 yevroya. Deməli, Tiflisə gedib-qayıtmaq üçün mən ən yaxşı halda 260 yevro ödəməli idim. Yəni, Sürix-Berlin səyahətimə ödədiyimdən 2,5 dəfə çox!!!
Yadıma sovet dövründə Bakıda taksilərin bahalığı ilə bağlı çox dəbdə olan bir lətifə düşdü: "Yevlaxdan Bakıya üç manat. Bakıdan Bakıya da üç manat!!!". Nəzərə alın kı, lətifədə söhbət Yevlaxdan Bakıya qatarla gəlmiş adamın təəccübündən gedirdi. Deyə bilərsiniz ki, bu naftalin iyi verən lətifənin bizim söhbətə nə dəxli var?!!! Var, özü də necə var!!! Çünki bizim günümüz o lətifədəki nabələd kənd əhlindən daha betərdir...
Məsələ ondadır kı, Bakıdan Tiflisə hava ilə məsafə 450 kilomtrdir. Sürisdən Berlinə isə hava ilə məsafə 670 kilometr, yəni az qala yarım dəfə daha uzun, bilet qiymətləri isə 2,5 dəfə ucuz. Özü də söhbət Avropanın ən bahalı şəhərlərindən biri olan Sürüxdən Avropanın ən böyük iqtisadiyyatı olan ölkənin paytaxtı olan Bedlinə səyahətdən gedir. İsveçrədə orta əmək haqqı 7000 frankdan, yəni 14000 manatdan çoxdur. Azərbaycanda isə bizim Statistika Komitəmizin dediyinə görə yalnız bu il min manata çatıb. Bu o deməkdir ki, bizdə işçi qüvvəsinin dəyəri İsveçrədən 14 dəfə ucuzdur. Ən maraqlısı odur ki, Azərbaycanda istehsal olunan təyyarə yanacağı nəinki daxili tələbatları ödəyir, hətta xaricə ixrac olunur. Deməli, yanacaq da bizə ucuz başa gəlir. İşçi qüvvəsi ucuz, yanacaq ucuz, amma ən ucuz bilet qiymətləri dünyanın ən bahalı ölkələrində olduğundan 2,5 dəfə baha. Əslində, məsəfələr arasındakı fərqi də nəzərə alsaq, bilet qiymətləri daha bahadır...
Sual verəcəksiniz ki, nə üçün?!!! Cavabı çox sadədir. AZAL inhisarşıdır. AZAL-a xidmət göstərən bütün şirkətlərin hamısı da öz sahələrində insiharçıdırlar. AZAL özü yüksək gəlir götürmək və nəticə ütibarı ilə ona ona müxtəlif xidmətlər göstərən özəl şirkətlərə yüksək gəlirlər vermək üçün bir inhisarçı kimi biletlərə ağlına gələn qiymətləri qoyur. Yəni kimlərsə istehlkaçının cibinə girərək həddindən artıq böyük gəlir götürürlər. Bu əsas səbəbdir...
Düşünürəm ki, daha bir səbəb var. İqtisadçılar çox gözəl bilirlər ki, gerçəkdə AZAL çoxdan iflasa uğramış şirkətdir. Tikiləndən bu yana istifadə olunmayan və istifadə olunacağı ehtimalı sıfra yaxın olan bütün o hava limanları AZAL-ın balansındadır, onlara çəkilən xərclərlə birlikdə. Onlar heç bir gəlir gətirmirlər. Təsəvvür edirsiniz, Zaqatala hava limanını ikinci dəfədir ki, açırlar. Özü də adı beynəlxalq hava limanıdır. Amma bu hava limanına bir təyyarə belə indiyə qədər nə enib, nə də oradan qalxıb. Tikintisinə sərf olunmuş pulları belə demirəm, amma bu istifadəsiz və deməli, gəlirsiz hava limanlarının cari xərcləri də var, axı. Əgər AZAL "varlığa nə darlıq" fəlsəfəsini rəhbər tutsaydı, başqa məsələ. Mən səsimi də çıxartmazdım. Amma AZAL üstə-üstə yığılan borcların əsas hissəsini demirəm, heç oımasa faizlərini vaxtaşırı ödəməlidir. Əks təqdirdə günü sabah özünün iflasını elan etmək məcburiyyətində qalar. Lap vaxtilə Beynəlxalq Bankın etdiyi kimi...
Maraqlısı ondan ibarətdir ki, bu qədər özü də işləməyən beynəlxalq hava limanın Azərbaycanın nəyinə gərək olduğunu anlamaq doğrudan da çətindir. İsveçrənin əhalisi az qala Azərbaycanınkı qədərdir. Ən maraqlısı odur ki, 2024-cü ildə Azərbaycana 2,6 mln., İsveçrəyə isə yenə də az qala 10 dəfə çox, yəni 25 milyon turict gəlmişdir. Bununla yanaşı, İsveçrədə Azərbaycandan daha az, yəni cəmi üç beynəlxalq hava limanı var - Sürix, Cenevrə və Bazel. Sonuncusu hətta üç dövlətə - İsveçrə, Almaniya və Fransaya xidmət edir.
Bütün bu borcları da heç olmasa qismən ödəmək üçün istehlakçının cıbını soymaq lazımdır. AZAL-
ın bazardakı insiharçı mövqeyi buna imkan verir...
Sürix
24 avqust 2025-ci il