Ən təhlükəsiz Çin avtomobili açıqlandı Bu gün, 17:24 "Huawei" ilə birgə hazırlanmış böyük krossover "Aito Seres M8" Çində ən təhlükəsiz avtomobil seçilib.Bu barədə məlumat "CarNewsChina' saytında verilib.C-NCAP metodundan istifadə edilən sınaqlar və qəza testlərinin nəticələrinə əsasən, model reytinqdə 93,7% nəticə əldə edib.Test zamanı qəza testləri zamanı sərnişinlərin və piyadaların təhlükəsizliyi, həmçinin təhlükəsizlik sistemlərinin işləməsi qiymətləndirilib.Bütün sınaqların nəticələrinə əsasən, "Aito M8" ən yüksək xal toplayıb və əvvəlki lider "Xiaomi SU7" sedanını 0,2% qabaqlayıb.Reytinqdə üçüncü yeri "Zeekr Mix" (91,8%) tutur. Facebook-da paylaş