Yaşıl Teatrda təntənəli konsert keçirilmişdir

7-05-2019, 20:58           
Yaşıl Teatrda təntənəli konsert keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yaşıl Teatr Bakı Konsert Kompleksində Azərbaycanın tanınmış incəsənət xadımləri və populyar ifaçıların iştirakı ilə təntənəli konsert proqramı keçirilmışdir. Paytaxt ictimaiyyəti və çoxsaylı qonaqların iştirakı ilə keçirilən konsertə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbəri və baş dirijoru olduğu “Niyazi” adına simfonik orkestrin ifasında Üz.Hacıbəyovun “Koroğlu” operasından uvertyüra ilə başlanmışdır.
Azərbaycan estrada ulduzlarının bir-birindən maraqlı ifaları ilə davam edən təntənəli konsertdə Azərbaycanın xalq atristləri Samir Cəfərov, Azər Zeynalov, Faiq Ağayev, Mübariz Tağıyev, Bilal Əliyev, Fidan Hacıyeva, əməkdar artistlər Zakir Əliyev, İlahə Əfəndiyeva, Teymur Əmrah, Səbinə Babayeva, İnarə Babayevanın, həmçinin populyar ifaçılar Taleh Yəhyayevin, Nigar Şabanovanın, Afaq Abbasovanın, Vaqif Mustafazadə adına “Sevil” instrumental ansablının ifaları çox maraqla qarşılandı.
Konsertə əməkdar artist Ramil Qasımovun ifasında “İlhamlı günləri Azərbaycanın” mahnısı ilə yekun vürüldu. Tədbir tamaşaçıların böyük razılığı ilə qarşılanmış, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanmışdır.
Konsert zamanı səhnədə quraşdırılmış ekranda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto materiallar nümayiş etdirilmişdir.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.