“İŞ BAŞINDA” YAXALANDI

19-11-2019, 17:34           
“İŞ BAŞINDA” YAXALANDI
Quba Regional Mühafizə Şöbəsinin əməkdaşlarının apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluq hadisəsinin qarşısı alınıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, noyabrın 17-də saat 1 radələrində Quba rayonu ərazisində yerləşən və xüsusi vasitələrlə qorunan marketlərin birindən oğurluq edilməsi ilə əlaqədar Quba Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.
Həyəcan siqnalı ilə polis əməkdaşları dərhal hadisə yerinə gələrək marketdən oğurluq etməyə cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı E.Məmmədovu saxlayaraq, RPŞ-yə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.