Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu - FOTOLAR
18-09-2018, 15:37
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyasına qoşulub.
Artıq 23 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönəlmiş ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.
Azərbaycanın artıq 9 ildir ki iştirak etdiyi bu beynəlxalq ekoloji aksiyanın təşkilatçıları qismində ənənəvi olaraq “Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü çıxış ediblər, aksiyanın partnyorları sırasında isə “ASAN Radio”, “Xəzər TV”, “AzEkol”, AFFA, “BakuExpo 2025”, “AllianceAsisstGroup”, “Toyota” Bakı Mərkəzi, “Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.
15 sentyabr tarixində #Xəzəriqoruyaq şüarı altında Bilgəh çimərliyində keçirilmiş aksiyaya maksimum sayda iştirakçı cəlb olunub. Belə ki, 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib.Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar.Hər il çimərlik mövsümünün sonunda gənclərin, Bakcell və digər şirkətlərin əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “OceanConcervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Korporativ sosial məsuliyyətli şirkət olan Bakcell bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, ətraf mühitin və əhalininsağlamlığınınqorunmasına öz töhfəsini verir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Bestin Test”).
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.