Payız-qış aylarında papaqsız gəzənlər hansı xəstəliyə tutula bilərlər? - Həkimdən xəbərdarlıq

13-11-2024, 16:18           
Payız-qış aylarında papaqsız gəzənlər hansı xəstəliyə tutula bilərlər? -
Payız-qış mövsümündə qeyri-sabit hava şəraitində başı və qulaqları soyuqdan və küləkdən qorumaq lazımdır.

Gazeta.ru-nun xəbərinə görə, bu barədə rusiyalı həkim nevroloq Yuliya Valuyskaya danışıb.

Nevroloq xəbərdarlıq edib ki, soyuqdan və küləkdən qorunmadığı halda üz sinirinin zədələnməsi və üz əzələlərinin iflic olması riski var.

Onun sözlərinə görə, tez-tez hipotermiya fonunda gicgah-alt çənə bölgəsində iltihablanma baş verə bilər ki, bu da xəstənin şiddətli ağrı hiss etməsinə səbəb ola bilər. Bu da nəticədə üz əzələlərinin zəifləməsinə və iflicə gətirib çıxara bilər.

"Əgər üzünüzdə qəfil asimmetriya müşahidə etsəniz, dərhal həkimə müraciət etmək lazımdır, çünki bu simptom həm də insult üçün xarakterikdir. Əgər bu diaqnoz təsdiqini tapmasa, o zaman müşayiət olunan xəstəliklərdən asılı olaraq, üz sinirinin nevriti olan xəstə ya 24 saatlıq stasionarda, ya gündüz stasionarında, ya da ambulator şəraitdə müalicə olunur", - deyə Yuliya Valuyskaya bildirib.

"Üzdə ağrı varsa, əvvəlcə ağrının təbiətini (iltihabi və ya neyropatik) qiymətləndirmək, daha sonra müalicənin necə aparılacağına qərar vermək lazımdır", - deyə həkim əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.