66 yaşlı Madonna 28 yaşlı futbolçu sevgilisindən ayrıldı

13-11-2024, 17:18           
66 yaşlı Madonna 28 yaşlı futbolçu sevgilisindən ayrıldı
Müğənni Madonna bir neçə aydan sonra sevgilisi Akim Morrisdən ayrılıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, 66 yaşlı Madonna 28 yaşlı futbolçunu qısqanclıq və yaş ucbatından tərk edib.

Qeyd edək ki, Madonna ilk dəfə 38 yaşında ana olub. O, kubalı idmançı Karlos Leondan Lurdes adlı bir qız dünyaya gətirib və bir il sonra uşağın atası ilə ayrılıb. Daha sonra ifaçı rejissor Qay Riçi ilə evlənib. 2000-ci ildə onların Rokko adlı övladı dünyaya gəlib, 2006-cı ildə isə cütlük afrikalı Devid adlı oğlanı övladlığa götürüb. Onlar 2008-ci ildə boşanıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru