"Real Madrid"in yay üçün transfer hədəfləri açıqlanıb

13-11-2024, 16:38           
"Real Madrid"in yay üçün transfer hədəfləri açıqlanıb
Gələn yay "Real Madrid" müdafiə xəttini gücləndirmək üçün üç oyunçu və hücum xəttinə daha bir oyunçu almağı hədəfləyir.

Oxu.Az xəbər verir ki, bu barədə AS nəşri yazır.

Mənbənin məlumatına görə, "Kral klubu" "Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold, "Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Davis və "Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Conatan Ta ilə müqavilə imzalamaq istəyir.

Bundan əlavə, "Real" Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq hücumçu Florian Virtsi almaqda maraqlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru