Ağ Evin milli iqlim müşaviri: ABŞ təmiz enerjiyə keçiddə Azərbaycana kömək edə bilər

13-11-2024, 17:14           
Ağ Evin milli iqlim müşaviri: ABŞ təmiz enerjiyə keçiddə Azərbaycana kömək edə bilər
ABŞ bərpa olunan enerji mənbələrinə keçiddə öz yollarını və trayektoriyalarını formalaşdırmaq üçün Azərbaycan da daxil olmaqla, bütün ölkələrə kömək etməyə hazırdır.

Bu barədə Ağ Evin milli iqlim müşaviri Ali Zaidi Amerikanın Səsinin Azərbaycanın neft və qazdan təmiz enerji növlərinə keçiddə ABŞ-ın bu ölkəyə necə kömək edə biləcəyi sualına cavabında deyib.

“Bütün ölkələr enerji keçidinə haradansa başlamalıdırlar və ölkənin karbohidrogen təməlinin olması onun təmiz enerjiyə keçib-keçməyəcəyini müəyyən edən amil deyil”, o deyib

Zaidi qeyd edir ki, bu, texnologiyalar, daimi investisiyalar və iradə məsələsidir.

“Burada, COP29-da biz iqlim dəyişikliyinin hamıya təsir edən bir böhran olduğunu və Azərbaycanda və bütün dünyada təmiz enerji iqtisadiyyatı üçün həllin əlçatan olduğunu etiraf etmək üçün birləşə biləcəyimizi gördük”, deyə o bildirib.

Zaidi daha sonra bildirib ki, ABŞ bütün dünya ölkələrinə təmiz enerji iqtisadiyyatına keçidə başlamaqda kömək etməyə hazırdır.

“Bu, keçid resurslarından asılı olaraq, müxtəlif ölkələr üçün fərqlidir. Azərbaycanda offşor külək enerjisinin inkişafı üçün potensial var. ABŞ-da son dörd il ərzində əvvəllər sıfır olan bərpa olunan enerji ilə bağlı layihələrin sayı 10-a yüksəlib. Nəticədə biz bir çox biliklər əldə etmişik, burada onları bölüşmək istəyirik, belə ki, ölkə (Azərbaycan) bu təmiz enerji mənbəyini mənimsəməyi hədəfləyir" - deyə, Ağ Evin milli iqlim müşaviri qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.