“Hizbullah” İsrail Baş Qərargahına hücum etdi

14-11-2024, 07:04           
“Hizbullah” İsrail Baş Qərargahına hücum etdi
“Hizbullah” hərəkatının döyüşçüləri ilk dəfə olaraq pilotsuz uçuş aparatları ilə İsrail Müdafiə Nazirliyinin baş qərargahının ərazisinə hücum ediblər.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Hizbullah” məlumat yayıb.

Qeyd edək ki, İsrailin Baş Qərargahı Tel-Əvivdə yerləşir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri hərbçilərin iki pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirib. Mətbuat xidmətinin məlumatına görə, hər iki PUA Livandan buraxılıb. Onların hava məkanını zəbt etmələri səbəbindən ölkənin şimalındakı bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru