Yupiterin ən aydın fotoşəkilləri Yerə ötürülüb

13-11-2024, 17:45           
Yupiterin ən aydın fotoşəkilləri Yerə ötürülüb
Kadrlarda planetin səthində meduzaya bənzəyən ləkələr görünür.
"Juno" kosmik gəmisi Yupiter planetinin şəklini çəkib. Yerə ötürülən bu görüntülər aydınlığı ilə seçilir. "Newsweek" bu barədə məlunat verib.
Məlumata görə, "Juno" Yupiter və onun peyklərinin yaxınlığından özünün 66-cı uçuşunu tamamlayıb. Şəkillər iki pikselli "JunoCam" kamerası vasitəsilə çəkilib.
Kadrlarda planetin səthində meduzaya bənzəyən ləkələr görünür.
NASA-nın "Juno" kosmik gəmisi 2011-ci ildə buraxılıb və beş il sonra Yupiterin orbitinə daxil olub:
"Juno" missiyasının gələn ilin payızında başa çatması planlaşdırılır. Bundan sonra cihaz cazibə qüvvəsi səbəbindən "qaz nəhənginin xaotik atmosferinə qərq olacaq".

Bundan əvvəl ABŞ-dan olan biznesmen İlon Maskın Yer sakinlərinin Yupiterin peyklərində nə görəcəyi ilə bağlı proqnoz verdiyi bildirilirdi.
Xatırladaq ki, oktyabr ayında NASA-nın Yupiterin peyki "Europa"nı öyrənmək üçün nəzərdə tutulmuş "Europa Clipper" kosmik gəmisi" SpaceX Falcon Heavy" raketi ilə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru