Həddindən artıq şokalad yemək bu orqana zərərlidir
13-11-2024, 10:08
Həddindən artıq şokolad yemək göz sağlamlığına dolayı təsirlər göstərə bilər. Foodinfo.az xəbər verir ki, şokoladın tərkibində yüksək şəkər və doymuş yağ olduğundan, onun çox istehlakı qanda şəkərin və xolesterinin artmasına səbəb olur. Bu vəziyyət xüsusilə diabet və ürək-damar problemlərinə səbəb olur ki, bu xəstəliklər də dolayısı ilə göz sağlamlığına təsir edir. Diabet nəticəsində yaranan retinopatiya kimi göz problemləri görmə qabiliyyətini zəiflədir.Bununla yanaşı, həddindən artıq şokolad istehlakı bədən çəkisinin artmasına səbəb olur, bu da göz təzyiqini artıra və qlaukoma riskini yüksəldə bilər. Bununla belə, tünd şokoladın tərkibindəki antioksidantlar qan dövranını yaxşılaşdırır və gözlər üçün faydalıdır. Yəni, ölçülü şəkildə tünd şokolad istehlakı göz sağlamlığına müsbət təsir göstərə bilər. Ümumiyyətlə, şokoladın sağlamlıq üçün faydalı olması üçün az miqdarda və balanslı şəkildə istehlak edilməsi vacibdir.