İrandan qisas əməliyyatı:saxlanılan tanker Böyük Britaniya bayrağı altında üzürmüş...

19-07-2019, 08:05           
İrandan qisas əməliyyatı:saxlanılan tanker Böyük Britaniya bayrağı altında üzürmüş...
İran hərbi gəmiləri tərəfindən Fars körfəzində bu günlərdə saxlanılan tanker Böyük Britaniya bayrağı altında üzürmüş.

YJC xəbər verir ki, bu barədə mötəbər mənbə bildirib.

Qeyd edək ki, tankeri saxlayan İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) daha əvvəl gəminin dövlət mənsubiyyətini və adını açıqlamamışdı/Report.

Xatırladaq ki, bir müddət əvvəl Britaniya hərbçiləri Suriyaya neft daşıyan İran tankerini saxlamışdı. Rəsmi Tehran dəfələrlə tankerin buraxılmasını tələb etsə də, London bu tələbi diqqətə almadı. Bundan sonra isə İran Britaniya tankerlərinin saxlanılacağı haqda bəyanat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru