Avropada tətbiq olunur... "Özəl pensiya fondların qurulması əlavə maliyyə mənbələrinin formalaşması deməkdir"

Bu gün, 16:58           
Avropada tətbiq olunur...
Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Bildirilir ki, özəl pensiya fondlarının yaradılması nəzərdə tutulub.
Pensiya sistemi necə formalaşacaq?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirib ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı artıq Azərbaycanda uzun müddətdir qanunvericilik bazasının formalaşması istiqamətində işlər gedir: “Avropanın inkişaf etmiş ölkələri, Qərb təcrübəsi bu məsələyə dərindən baxır. Özəl pensiya fondları dünyada geniş şəkildə tətbiq olunur. İnsanlar pensiya yaşına çatmamış öz pensiya yığımlarını, həm məcburi qaydada - icbari şəkildə də, həm də özəl pensiya fondlarında da vəsaitlərini qoruyub saxlaya bilirlər”.

İqtisadçı-ekspert vurğulayıb ki, özəl pensiya fondları müştəriyə geniş imkanlar yaradır: “Özəl pensiya fondları məbləğin seçimi baxımdan müştəriyə geniş imkanlar yaradır, sonradan məbləğin verilməsi qaydası və gələcəkdə varislərin istifadə etmə qaydası baxımından əlverişlidir. Dünyada özəl pensiya fondlarından daha geniş istifadə olunur, çünki bu daha yaşlı şəxslər üçün əlavə vəsaitlərin toplanması və formalaşması baxımından əhəmiyyət kəsb edir.

Özəl pensiya fondların qurulması həm də əlavə maliyyə mənbələrinin formalaşması deməkdir. Özəl pensiya fondlarında vəsait gətirən şəxslərin pulları orda toplandığı zaman həmin pensiya fondları bu pulları qiymətli kağızlar bazarında və maliyyə sektorunda yerləşdirib ordan da əlavə gəlir əldə etmək imkanları formalaşır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru