ABŞ-ın Maltnom dairəsi polisinin avtomobili, arxiv şəkliİdman müəllimi bir sadə hərəkətlə xeyli uşağı ölümdən qurtardı - VİDEO

20-10-2019, 11:40           
ABŞ-ın Maltnom dairəsi polisinin avtomobili, arxiv şəkliİdman müəllimi bir sadə hərəkətlə xeyli uşağı ölümdən qurtardı - VİDEO
"Həmin an ona qarşı mərhəmət duydum. Çox zaman, əsasən də gənc yaşlarda, nə etdiyinin fərqinə varmırsan" - qəhrəman müəllim

ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yerləşən məktəbdə idman müəllimi silahlı insidentin yaşanmasının qarşısını alıb.

Sputnik Azərbaycan NBC News-a istinadən bildirir ki, hadisə may ayında baş versə də, olayın videogörüntüsünü Maltnom dairə prokurorluğu cümə günü yayıb. Videoda idman müəlliminin 19 yaşlı Encel Qranados-Diası qucaqladığı, başqa bir müəllimin isə cəld yaxınlaşaraq gəncin əlindən silahı aldığı əks olunub.

"Həmin an ona qarşı mərhəmət duydum. Çox zaman, əsasən də gənc yaşlarda, nə etdiyinin fərqinə varmırsan", - idman müəllimi işləyən Kinen Lou hadisəni şərh edib.


Hadisə yerinə polis əməkdaşları gəlib, oğlanı idarəyə aparıblar. Həmin dövrdə psixi pozğunluqdan əziyyət çəkən Qranados-Dias günahkar olduğunu boynuna alıb, ictimai yerə doldurulmuş odlu silahla gəldiyini etiraf edib. O, üç il nəzarət altında qalacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.