Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...

Dünən, 00:33           
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Azərbaycan əsilli bloger Sübhan Məmmədova (“Subo”) 50 milyon rubl (təxminən 637 min dollar) məbləğində vergidən yayınma maddəsi ilə cinayət işi açılıb.

Axşam.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb. Bildirilib ki, bloger 50 milyon rubl vergi ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinərək axtarışa verilib.

Belə ki, 2020-ci ildən 2022-ci ilə qədər Sübhan və onun qohumları vergi ödəməkdən yayınmaqla bağlı sxem qurublar. Onlar fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyatdan keçmədən bloq vasitəsilə milyonlar qazanıblar. Lakin pullar onun qardaşı və atasının hesablarına köçürülüb. Nəticədə, büdcə 50 milyon rubl vergi itirib, əlavə olaraq 20 milyon rubl məbləğində cərimə və faiz borcu yaranıb. Onlar bu gəlirin 10 milyon rubluna “Lamborghini” avtomobili alıblar.

Hazırda Sübhan Murad oğlu Məmmədov axtarışdadır. Moskva vilayətinin İstintaq Komitəsi “Subo”ya qarşı fiziki şəxs tərəfindən, xüsusilə külli miqdarda vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması maddələri ilə cinayət işi açıb. Onu 10 ilə qədər həbs gözləyir.

Həmçinin Sübhanın vergidən yayınma sxemini həyata keçirməsinə kömək edən qohumları da saxlanılıb. Hüquq-mühafizə orqanları blogerin tərəfdaşlarının qeydiyyatda olduqları mənzillərdə axtarışlar aparıblar.

Onun “Samo” ləqəbi ilə tanınan qardaşı Samir Məmmədov barəsində ev dustaqlığı seçilib. Atasına isə ölkəni tərk etməmək barədə qadağa qoyulub.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara görə, "Subo" Rusiyaya 70 il müddətinə giriş hüququndan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru