İran ABŞ diplomatlarına qarşı sanksiya tətbiq etdi

24-10-2020, 00:12           
İran ABŞ diplomatlarına qarşı sanksiya tətbiq etdi
İranın İraqdakı səfiri İrəc Məcidinin ABŞ tərəfindən sanksiyaya məruz qalmasına rəsmi Tehran cavab verib.

Modern.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə özünün tvitter hesabında məlumat verib. O yazıb ki, ABŞ-ın İraqdakı səfiri Matteu Tuller və Ərbildəki Baş konsulu Rob Vallterin adları İranın tərtib etdiyi sanksiyalar siyahısına salınıb.
İran bu adamları bölgədəki terror təşkilatları ilə əməkdaşlıqda və general Qasım Süleymanının qətlində iştirak etməkdə ittiham edir.

Qeyd edək ki, ABŞ İranın İraqdakı səfiri İrəc Məcidinin adını sanksiyalar siyahısına salıb. Səfir İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) ilə əməkdaşlıqda ittiham olunub. Sepahın özünün də adı sanksiyalar siyahısındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru