CHP-nin sədri haqqında istintaq başladılıb

12-07-2025, 11:38           
CHP-nin sədri haqqında istintaq başladılıb
Türkiyədə Antalya Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel haqqında istintaqa başlayıb.

"Haber Global" xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

"Antalya vilayətinin Muratpaşa rayonunda açıq havada keçirilən tədbirdə Manavqat Prokurorluğunun səlahiyyətinə aid olan istintaq sənədi ilə bağlı yalan məlumat yayan millət vəkili, siyasi partiya lideri Özgür Özelin ictimai asayişi poza biləcək hərəkətlərinə görə onun barəsində yanlış məlumatı ictimaiyyətə yayma cinayəti ilə əlaqədar istintaq başladılıb", - məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru