“Ruslar Krımda yunanları Kiyevdən müdafiə edib”

18-04-2015, 11:46           
“Ruslar Krımda yunanları Kiyevdən müdafiə edib”
“Krımın yunan əhalisi Ukraynanın faşist hökumətinin hücumuna məruz qalıb”.

Axar.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu iddia ilə Yunanıstanın Müdafiə naziri Panos Kammenos çıxış edib.

Onun sözlərinə görə, Krımdakı yunanları Ukraynadan Rusiya qoruyub:

“Rusiya Krımda olmasaydı, yunan ailələrini müdafiə etmək mümkün olmazdı. Yunanlar həqiqətən də hücuma məruz qalıblar”.

Qeyd edək ki, artıq Yunanıstanın Ukraynadakı səfirliyi Müdafiə nazirinin açıqlamasını təkzib edib və bunu Rusiyanın yalan təbliğatı adlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.