Zeyqəm Hüseynov təqaüdə çıxdı, yoxsa qanunsuz əməllərinin güdazına getdi? - İDDİA

21-05-2019, 10:53           
Zeyqəm Hüseynov təqaüdə çıxdı, yoxsa qanunsuz əməllərinin güdazına getdi? - İDDİA
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı məlum Fərmandan sonra ölkənin ədliyyə sistemində ciddi islahatların aparılacağına start verildi. Qeyd edək ki, məlum Fərmanda ölkəmizin davamlı tərəqqisinin təmin olunması üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etdiyi vurğulanıb.

Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edılməsi göstərilir

Sözügedən Fərman dərc olunduqdan çox keçmədi ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi. Bu günlərdə isə Məhkəmə-Hüquq Şurasının keçirdiyi iclasda qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilməsi, Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib. Məhkəmə sistemində aparılan islahatların başlanğıcında hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş bir neçə hakimin yolverdiyi qanun pozuntuları barədə bir meddət əvvəl dövrü mətbuatda müxtəlif səpkili məlumatlar dərc edilmişdi.

Aktualinfo.org-un apardığı araşdırmalarda bir sıra maraqlı faktlar üzə çıxıb. Məlum olduğu kimi bu günlərdə Sumqayıt Məhkəməsinin sədri uzun müddətdir məhkəmə sistemində çalışmış Zeyqəm Hüseynovun yaş həddi ilə bağlı təqaüdə göndərilməsi barədə məlumatlar yayıldı. Maraqlıdır görəsən Zeyqəm Hüseynov həqiqətənmi yaş həddi ilə bağlı təqaüdə göndərilib, yoxsa Sumqayıt Məhkəməsinin hakimi,səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş İlyas Mahmudovun ğüdazına gedib? Qeyd edək ki, sözügedən şəxslərin Sumqayıt Məhkəməsində xoşagəlməz olaylara yol vermələri barədə dövri mətbuatda vaxtı ilə kifayət qədər yazılıb. Yazılanlara görə bu iki şəxsin özbaşınalığı sumqayıtlıların ciddi narazılığına səbəb olub. Ardı-arası kəsilməyən şikayətlər, məhkəmə prosesləri zamanı müxtəlif etirazlar nə Zeyqəm Hüseynovu, nə də ki, İlyas Mahmudovu narahat etmədiyindən vətəndaşlar Prezident Adminstrasiyanı və birinci Vitse-Prezidentə çoxsaylı şikayətlər ünvanlayıblar. Şikayətlərdən məlum olub ki, Zeyqəm Hüseynov ərizələrin çoxunu İlyas Mahmudovun icraatına verərək öz qanunsuz tələblərini də bu hakim vasitəsilə həyata keçirirmiş. Təbii sifarışli məhkəmələrin hamısı da Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qanunsuz əməllərinin ört-basdır edilməsi ilə nəticələnirmiş. Bunlardan əlavə məlumatlara görə Zeyqəm Hüseynovun hələ Apellyasiya Məhkəməsində çalışdığı dövrlərdə yol verdiyi bir sıra qanunsuzluqlar da təqaüdə yola salınarkən ona xatırlanıb. Bu baxımdan da Zeyqəm Hüseynov işdən çıxarılmağa deyil təqaüdə getməyə üstünlük verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.