Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı

26-04-2024, 18:04           
Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı
Hərbi yaşda olan ukraynalılar bundan sonra xaricdə xarici pasport ala bilməyəcəklər.

Bu barədə Ukrayna hökuməti qərar qəbul edib.

Bildirilir ki, Ukrayna Xarici İşlər Nazirliyi 18 yaşdan 60 yaşa qədər kişilər üçün xaricdə konsulluq xidmətlərinin göstərilməsinə qadağa qoyub. Artıq beynəlxalq pasportların verilməsi yalnız Dövlət Miqrasiya Xidmətinin ölkə üzrə idarələrində həyata keçirilir.
“Bu cür pasportların (xaricə) göndərilməsi həyata keçirilmir”, - deyə sənəddə vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna XİN xaricdə olan hərbi mükəlləfiyyət yaşlı ukraynalı kişilərlə bağlı daha bir qərar vermişdi. Yeniliyə əsasən, onlar konsulluq xidmətlərindən yalnız vətənlərinə qayıtmalarını rəsmiləşdirmək üçün istifadə edə biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru