RASİM BALAYEVİN İKİNCİ POPULYARLIQ DALĞASI

27-04-2024, 07:04           
RASİM BALAYEVİN İKİNCİ POPULYARLIQ  DALĞASI
Deyəsən, səkkiz ay öncə “İstiqlal” ordeniylə təlfif ediləndə xalq artsii, Babək və Nəsimi rollarıyla yaddaşlarda qalan Rasim Balayev Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevə “Əsil Babək sizsiniz” deyəndən sonra sosial şəbəkələrdə doğurduğu etirazın acı-şirin dadı xalq artistinin damağında qalıb. Az keçmiş BBC-yə müsahibədə “Bəlkə mən heç ziyalı deyiləm” sualının əks-sədası isə bu dada yeni dad qatıb.
Hamam-Times xəbər verir ki, hörmətli Rasim Balayev və digər xalq artisti Əli Nur “Alatava” serialında söyüş və jarqonlardan istifadə olunduğuna serialı tənqid edərək bunun sənət deyil, tərbiyəsizlik olduğunu deyiblər.
Serialın ssenaristi və aktyoru Taleh Yüzbəyov sosial şəbəkədə filmi tənqid edən hər iki aktyora cavab verib:
“Bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala, özünə dövlətdən ikinci evi istəməkdir.. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan haradasa 1 milyon şəxsinə “geri zəkalı” deməkdir”.
2021-ci ildə dövlət başçısı 44günlük müharibədə oğlu şəhid olan Əli Nurun ailəsinə 2 mənzil hədiyyə edib.
Çingiz Soltansoy
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.