Bakıda konsert verən müğənninin qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO

27-04-2024, 08:44           
Bakıda konsert verən müğənninin qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
Estetik uzman Selin Yalın bir müddətdir münasibətdə olduğu şəxs tərəfindən Kartaldakı lüks mənzilində güllələnərək öldürülüb.
Selinin sevgilisi - tikinti şirkəti sahibi Ömər Öktem qətldən sonra qadının ailəsinə zəng edərək onun intihar etdiyini bildirib.

Polis tərəfindən saxlanılan Ö.Öktem daha sonra qətl törətdiyini etiraf edib.

Məlum olub ki, qətlə yetirilən Selin Yalın məşhur müğənni Yalının qohumudur.

Maltəpə Mərkəz Məscidində qılınan cənazə namazından sonra Selin Yalının "Başıbüyük" qəbiristanlığında dəfn ediləcəyi açıqlanıb.

Məşhur müğənni Yalın onun cənazə namazına qatılmayıb.

Xatırladaq ki, Yalın dünən Bakıda anşlaqla keçən konsert verib. Müğənninin bu gün də növbəti konserti baş tutacaq.


Məhbə: Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru