Venesiyaya giriş üçün 15 min adam 5 avro ödədi

27-04-2024, 07:24           
Venesiyaya giriş üçün 15 min adam 5 avro ödədi
İtaliyanın Venesiya şəhəri həddindən artıq turizmlə mübarizə məqsədilə gündəlik girişlər üçün ödəniş tətbiq edib. Dünyada bir ilk olan tətbiq dünəndən başlayıb.

İndex.az xəbər verir ki, ilk gündə 15 min 700 adam hər biri 5 avro ödəməklə şəhərə daxil ola bilib.

Əhalisi təxminən 50 minə düşmüş Venesiyaya hər il 30 milyona yaxın turistin gəldiyi təxmin edilir. Onların əksəriyyəti gündəlik ziyarətçilər olduğundan və gərgin tətil dövrlərində şəhər kütləvi turizmin mənfi təsirlərinə məruz qaldığından şəhərə giriş pullarının alınması təklifi illərdir müzakirə olunur.

Pandemiya səbəbiylə bir neçə il təxirə salınan addım nəhayət dünəndən başlayıb. İtaliyada Müstəqillik Günü ilə əlaqədar tətil olan aprelin 25-dən iyulun ortalarına kimi həftə sonları kimi sıx olacağı gözlənilən 29 gündə şəhərə gündəlik girişlər üçün 5 avro ödəmək lazım gələcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.