"Dünyanın ən güclü təhsil sisteminə malik olan ölkələrdə repetitorluq var, bizdə də buna ehtiyac var."

27-04-2024, 00:06           
"Dünyanın ən güclü təhsil sisteminə malik olan ölkələrdə repetitorluq var, bizdə də buna ehtiyac var."
"Məktəb idarəçiliyində yanaşmanın düzgün tətbiq olunmasının, yəni məktəb idarəçilərinin, məktəb direktorlarının, direktor müavinlərinin seçimində vahid yanaşmanın tətbiq olunması təhsilin keyfiyyətinə öz təsirini göstərməkdədir. Məktəb idarəçiliyi "idarə edilənlər"dən asılıdır".
Bu barədə Bizimyol.info xəbər portalına Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov danışıb. Fəlsəfə doktoru bildirib ki, direktorların işə qəbulu kifayət qədər şəffaf həyata keçirilir.

“Mən zamanında o komissiyanın üzvü kimi təmsil olunmuşam və görmüşəm ki, orada hansı meyarlar tətbiq olunur. Onu deyə bilərəm ki, 100 faiz şəffaflıq təmin olunur. Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki, onun məsuliyyəti var və onun üzərində tələblər var. Ondan gözləntilər var. Bu da öz təsirini göstərir”-deyə İlqar Orucov əlavə edib.

İlqar Orucov repetitor məsələSindən də söz açıb. Ekspert bildirib ki, repititorların artmasına təsir edən bir neçə səbəb var.

“Bütün müəllimlərin yerində olmasını təmin edə bilsəydik və qəbul imtahanlarına yanaşmamızı bir qədər dəyişsəydik hesab edirəm ki, repetitorluğa bu qədər ehtiyac olmaz. “Əslində repetitorlara ehtiyac olmazdı” demək də bir az yanlışdır. Çünki zaman-zaman qeyd etmişəm ki, dünyanın ən güclü təhsil sisteminə malik olan ölkələrdə repetitorluq var. Biz repetitorluğun mahiyyətini ali təhsil müəssisəsinə qəbul məqsədindən kənara çıxara bilərdik. Cənubi Koreyada valideyn görəndəki övladı riyaziyyata həvəslidir, riyaziyyatı yaxşı oxuyur, övladına riyaziyyat proqramını məktəb proqramından daha dərin formada öyrətmək üçün repetitor xidmətinə müraciət edir. Və yaxud hansısa fərqli məktəbdə tədris olunmayan hansısa dilin öyrənilməsində o xidmətdən yararlanır. Yəni sadəcə olaraq, o ölkələrdə repetitorluq, ali təhsil müəssisəsinə qəbul məqsədli bir alət kimi tətbiq istifadə olunmur. Biz bunun üzərində həqiqətən fikirləşməliyik ki, nədən bizdə repetitorluq belə “eybəcər” forma alıb və repetitorsuzluq ali təhsil müəssisəsinə qəbul olmaq mümkün deyil. Bax, bunun üzərində düşünməliyik”- deyə İlqar Orucov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.