Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

26-04-2024, 17:23           
Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb
Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini, 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, M.Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-də pomidor turşusundan zəhərlənmişdilər.

Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün onlar Respublika Toksikologiya Mərkəzinə göndərilmişdilər.
25 yaşlı M.Ramazanovun müalicəsi Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru