Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

26-04-2024, 18:14           
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
2024-cü ilin birinci rübündə ABŞ-də aktivləşdirilmiş smartfonların yalnız 33 faizi “iPhone”ların payına düşüb ki, bu da 2017-ci ildən bəri “Apple”ın ən pis göstəricisidir.

Bu, “Consumer Intelligence Research Partners“in (CIRP/ İstehlakçı İntellektinin Tədqiqat Qrupu) apardığı araşdırma nəticəsində məlum olub.

CIRP hesab edir ki, “Apple” əsas iki səbəbə görə eniş yaşayır.

Birincisi, “iPhone”un keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu da cihazların istifadə müddətini artırıb.
İkincisi, innovasiyaların tətbiqi tempinin yavaşlaması və ümumilikdə onların əhəmiyyətinin azalmasıdır. Qeyd olunur ki, amerikalıları “Apple” smartfonlarını almağa sövq edən yeni funksiyalar “iPhone”da getdikcə daha az yayılır.

Mənbə: 9to5mac.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru