Aydın Əliyev: ​"Bu boyda ölkədə yalnız 3 laboratoriya beynəlxalq standartlara cavab verir?"

26-09-2020, 20:56           
Aydın Əliyev: ​"Bu boyda ölkədə yalnız 3 laboratoriya beynəlxalq standartlara cavab verir?"
"Bu boyda ölkədə yalnız 3 laboratoriya beynəlxalq standartlara cavab verir?".
Yeniavaz.com xəbər verir ki, bu sözləri feysbuk hesabında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.
Radioloq qeyd edib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısını təqdim edib: "Bu siyahıda İnci laboratoriyası, Referans klinikası və Memorial klinika yer alıb. Bu nə absurddur? Azal yalnız bu 3 klinikanın test analizinin nəticələrini qəbul edir xaricə getmək üçün. Özü də bir nəfər üçün burun-udlaqdan və ağız-udlaqdan(nazofarinqs və orofarinqs) analiz 120 AZN-ə. Demək ki, bu boyda ölkədə yalnız 3 laboratoriya beynəlxalq standartlara cavab verir? Ya da ki, növbəti pul maşını!".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.