105 il öncə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında imzalanan ilk sənəd... FOTO

4-06-2023, 13:24           
105 il öncə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında imzalanan ilk sənəd... FOTO
105 il öncə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında dostluq müqaviləsi imzalandı. 4 iyun 1918-ci il tarixli müqavilə Azərbaycan dövlətinin xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur. Bu günkü Azərbaycan Respublikası sadəcə simvolik olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi deyil; Azərbaycanın xarici siyasəti, qonşularla münasibəti, eləcə də bütövlükdə dünyaya baxışı baxımından AXC (1918-1920) dövrü bu günümüz üçün baza təşkil edir. Yuxarıda qeyd edilən 11 maddəlik müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində “dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəası öz əksini tapırdı. Bu müqaviləyə əlavə olaraq, Bakı-Batum neft kəməri, Cənubi Qafqaz dəmir yolu haqqında olan saziş və protokollar imzalanmışdı. “Bakı-Batum neft kəməri” ilə bağlı sazişdə Gürcüstan, Türkiyə və Azərbaycan öz ərazilərində neft kəmərinin fəaliyyətinin təmin olunmasını razılaşdırmışdılar.
Bu gün Türkiyə və Gürcüstan ilə olan strateji münasibətlərimizin təməlləri məhz o illərdə atılmışdı.
Ümumiyyətlə 4 iyun 1918-ci il tarixli müqavilə Azərbaycanın, Azərbaycan-Türkiyə münasibətlərinin və geniş mənada bölgəmizin taleyi baxımından xüsusi dönüş yaradan bir sənəddir.
Qardaşlığımız, birliyimiz əbədi olsun!
Araz Aslanli
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.