İşdən qovulduğu deyilən başçı müavini danışdı - "İşləyirsənsə, şikayət olmalıdır"

14-10-2019, 12:52           
İşdən qovulduğu deyilən başçı müavini danışdı - "İşləyirsənsə, şikayət olmalıdır"
Ağsunun yeni icra başçısı Vahid Tağıyev müavini İqbal Mikayılovu tutduğu vəzifədən azad edib.

Bu barədə Yenisabah.az-a daxil olan məlumatda deyilir ki, İqbal Mikayılovun işdən çıxarılması oktyabrın 11-də rayon sakinləri ilə görüşdə icra başçısına daha çox ondan şikayət edilməsi olub. İqbal Mikayılov sakinlərin şikayətləri qarşısında susub. Bundan sonra icra başçısı onu işdən azad edib.

Məlumatı dəqiqləşdirmək üçün “Yeni Sabah”ın əməkdaşı İqbal Mikayılovla əlaqə saxlayıb. O, işdən çıxarıldığını təsdiqləyib.

İqbal Mikayov bildirib ki, işdən çıxarılması öz ərizəsi əsasında baş tutub. “Həm yorulmuşam, həm də səhhətim imkan vermir. Ona görə də işdən çıxamğım barədə ərizə yazıb başçıya təqdim etmişəm”, - deyə İqbal Mikayılov bildirib.

Keçmiş müavin sakinlərin icra başçısı ilə görüşündə baş verənlər barədə bunları deyib: “İşləyirsənsə, şikayət olmalıdır. İşləyən adamdan həmişə şikayət olur. Lakin mən öz ərizəmlə işdən çıxmışam”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.