Rusiyada qəbiristanlıqda torpağın çökməsi nəticəsində iki nəfər ölüb

20-11-2019, 08:36           
Rusiyada qəbiristanlıqda torpağın çökməsi nəticəsində iki nəfər ölüb
Rusiyanın Murmansk vilayətinin Monçegorsk şəhərindəki qəbiristanlıqda aparılan tikinti işləri zamanı iki nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA "İnterfax"a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Murmansk vilayəti üzrə İstintaq İdarəsi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, tikinti işləri aparılarkən qəbiristanlıqda drenaj sistemi quraşdırılan zaman torpağın çökməsi iki nəfərin ölməsinə, üç nəfərin isə yaralanmasına səbəb olub.

İstintaq İdarəsinin nümayəndəsi Tatyana Kovalyevanın verdiyi açıqlamaya görə, yaralılardan birinə ambulator şəraitdə tibbi yardım göstərilib, digər iki nəfərin isə vəziyyəti normal olduğundan həkim müayinəsindən imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru