Tağıyevin İstanbuldakı villası 17 milyona satılır

5-12-2019, 16:03           
Tağıyevin İstanbuldakı villası 17 milyona satılır
Tağıyevin İstanbuldakı villası 17 milyona satılırAzərbaycanlı messenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.

“Qafqazinfo”nun “Takvim” qəzetinə istinadən verdiyi xəbərə görə, 300 illik tarixə sahib malikanə 17 milyon lirəyə (5 milyon 23 min 500 AZN) satılır.

Məlumata görə, birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə onu azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev alıb.

Villanı hazırda ilin müəyyən aylarında messenatın nəticələri istifadə edir. 2 min 400 kvadratmetr ərazisi olan malikanə 5 otaq və 2 salondan ibarətdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.