Putinlə Lukaşenkonun görüşündə işıq söndü

7-12-2019, 19:54           
Putinlə Lukaşenkonun görüşündə işıq söndü
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.
Elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.
"Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.
Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib.
Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.
Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.(APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.