Odessa faciəsi: ölənlərin sayı artdı

12-12-2019, 00:21           
Odessa faciəsi: ölənlərin sayı artdı
Odessada kollecdə baş verən yanğın nəticəsində dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb və bununla da həlak olanların sayı 13-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda dağıntılar altından çıxarılanın kimliyi dəqiqləşdirilir. Daha 3 nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb. Yanğından sonra 2 nəfər xəstəxanada dünyasını dəyişib, 11 nəfərin isə cəsədi tapılıb.

Ukrayna Prezidenti Vladimir Zelenski faciə ilə əlaqədar dekabrın 8-də ölkədə matəm elan edilməsinə dair sərəncam verib.
Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Faktla bağlı cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.