Tramp kral mələfələrində yatmaqdan imtina edib
Bu gün, 12:18

Birləşmiş Krallıq ABŞ Prezidenti Donald Trampın rəsmi səfərinə diqqətlə hazırlaşıb
"The New York Times" nəşrinin verdiyi xəbərə görə, Tramp və Kral III Çarlz görüşdən sonra bir-birlərinə hədiyyələr veriblər.
Kral III Çarlz ABŞ prezidentinə Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə həsr olunmuş dəri cildli kitabı, həmçinin Trampın ikinci andiçmə mərasimi günü Bukingem sarayının üzərində dalğalanan Britaniya bayrağını hədiyyə edib.
Melaniya Trampa isə Şimali İrlandiyadan olan rəssam Kara Mörfinin hazırladığı gümüş minalı qab və Anya Hindmarç tərəfindən hazırlanmış əl çantası hədiyyə olunub.
Tramp krala prezident Eyzenhauerin İkinci Dünya Müharibəsi zamanı ABŞ və Böyük Britaniya arasında müttəfiqliyi simvolizə edən qılıncın surətini hədiyyə edib.
Donald və Melaniya Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündən əvvəl Vindzor qəsrində gecələyəcəklər.
Məlumata görə, qulluqçular qonaqlar üçün incə Misir pambıq kətanları hazırlayıblar, lakin Tramp kral mələfələrində yatmaqdan imtina edib. Onun köməkçiləri ABŞ-dən gətirilən mələfələr veriblər.