ABŞ-də ölümcül yataq böcəkləri yayılıb

Bu gün, 12:14           
ABŞ-də ölümcül yataq böcəkləri yayılıb
ABŞ-də təhlükəli "Chagas" xəstəliyinin (Amerika tripanosomiazı) daşıyıcıları olan triatomin böcəkləri yayılıb.

Teleqraf xəbər verir ki, "Öpüşmə böcəkləri" kimi də tanınan bu böcəklər adətən insanlar yatarkən yumşaq toxumalara - gözlərə və dodaqlara hücum edir. Onlara əsasən Mərkəzi Amerika və Meksikada rast gəlinir .

"Trypanosoma cruzi" paraziti "yataq böcəyi"də adlanır. Onlar dişlədikdən sonra insan dərisinin altına daxil olur. Yoluxmuş şəxslərdə qızdırma, yorğunluq, bədən ağrısı, iştahsızlıq, ishal və qusma kimi simptomlar müşahidə olunur. İnfeksiyanın xarakterik əlamətlərindən biri Romagna əlaməti kimi tanınan göz qapaqlarının şiddətli şişməsidir. Təcili müalicə olunmasa, xəstələr ölə bilər. "Chagas" xəstəliyi yalnız dişləmə ilə deyil, həm də çirklənmiş qida və qan vasitəsilə ötürülə bilər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ABŞ-də təxminən 280 min insanın "Chagas" xəstəliyinə yoluxa biləcəyini təxmin edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru