“Sobsan“ boya fabrikindəki güclü yanğın davam edir: Nazir müavini və icra başçısı hadisə yerinə gəldi - Yenilənib + Video

4-07-2020, 22:00           
“Sobsan“ boya fabrikindəki güclü yanğın davam edir:
7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Yenisabah.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib.

Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır. /Oxu.az

***

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məlumata görə, hadisə yerinə FHN-nin 30-dan çox yanğınsöndürən maşını cəlb edilib və işçilər təxliyə edilib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın FHN-nin yanğınsöndürən maşnına keçib.

Əlavə məlumat veriləcək.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.