“Tesla” batareyalarının təhlükəliliyinə görə geri çağırdı

Bu gün, 17:54           
“Tesla” batareyalarının təhlükəliliyinə görə geri çağırdı
“Tesla” şirkəti Avstraliyada quraşdırılmış “Powerwall 2” ev batareyalarını yanğın təhlükəsi səbəbilə geri çağırıb.
Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının açıqlamasına görə, bəzi qurğularda baş verən yanğınlar nəticəsində cüzi əmlak ziyanı qeydə alınıb, xəsarət alan olmayıb.

Məlumata görə, geri çağırma ABŞ-də istehsal olunaraq 2020-ci ilin noyabrı - 2022-ci ilin iyunu arasında Avstraliyada satılmış batareyalara şamil edilir.

Şirkət bildirib ki, nasaz qurğular pulsuz əvəzlənəcək, enerji qənaətində yaranan itkilərlə bağlı kompensasiya isə fərdi qaydada nəzərdən keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru